Dieqo Kostanın əvəzinə Mauro İkardi

11:32 - 9 Aprel 2019

İtaliyanın "İnter" klubunda gələcəyi qeyri-müəyyən olan Mauro İkardi üçün yeni iddia yayılıb.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, İspaniyanın "Atletiko" klubu argentinalı futbolçunu transfer hədəfinə alıb. Madridlilər komandanın hücumçusu Dieqo Kostanın klubdan ayrılacağı halda, İkardiyə təklif yollayacaq. Xəbərdə Dieqo Kostanın Çindən fantastik təklif aldığı və klubda ayrılmaq ehtimalının böyük olduğu vurğulanıb.

 

Qeyd edək ki, 26 yaşlı hücumçu bu mövsüm "İnter"də 30 oyuna 16 qol vurub, 4 assist edib. Dieqo Kosta isə "Atletiko"da 21 oyuna 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti