Cavid İmamverdiyev: "Bu qələbə bizim üçün əla motivasiya olacaq"

11:47 - 9 Aprel 2019

"Bizim üçün vacib oyun idi. Bu matçadək olan son 7 qarşlaşmada qalib gələ bilməmişdik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Sabah"ın kapitanı Cavid İmamverdiyev deyib.

 

Azərbaycan Premyer Liqasının XXIII turunda "Səbail"i qəbul edən çempionatın debütantı qələbə qazanıb.

 

Açıqlama verən İmamverdiyev qarşılaşmanı dəyərləndirib: “Oyuna yaxşı başlamadıq. Erkən qol buraxsaq da, ruhdan düşmədik. Uşaqlar xarakter nümayiş etdirdilər. Son görüşlərdə qalib gələ bilmədiyimizi nəzərə alanda, bu qələbə yerinə düşdü. Qalibiyyətimizə qolla töhfə verdiyimə görə sevinirəm. Bu qələbə bizim üçün əla motivasiya olacaq. Qarşıdakı oyunlara daha həvəslə hazırlaşacağıq”.

 

Qeyd edək ki, "Sabah" "Səbail"i 3:1 hesabı ilə məğlub edib. 

Xəbər xətti