"Bayıl Arena"nın adı dəyişdirildi

14:36 - 9 Aprel 2019

“Səbail”in ev oyunlarını keçirdiyi “Bayıl Arena”nın adı dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, stadion fəaliyyətini bundan sonra “ASCO Arena” adı ilə davam etdirəcək. Bununla bağlı “Səbail”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) arasında müvafiq razılıq əldə olunub.

 

Razılaşma ilkin olaraq iki il müddəti əhatə edəcək.

Xəbər xətti