İtaliya klubunda baş məşqçi istefası

19:00 - 9 Aprel 2019

İtaliyanın "Fiorentina" klubunun baş məşqçisi Stefano Pioli istefa verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis uğursuz nəticələrə görə komandadan gedib. "Fiorentina" son turda öz meydanında autsayderlərdən olan "Frozinone"yə məğlub olub.

 

Qeyd edək ki, Florensiya klubu hazırda 39 xalla 10-cudu.

Xəbər xətti