Azərbaycanın daha bir sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sportal.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev finalda türkiyəli Selahəttin Kılıcsallayanı məğlub ed üçüncü dəfə Avropanın ən güclüsü adını qazanıb.
Daha bir sərbəst güləşçimiz Ağahüseyn Mustafayev (70 kq) finalda Mustafa Kaya ilə üz-üzə gəlib. Görüş türkiyəli idmançının qələbəsi ilə başa çatıb.
Bu gün Cəbrayıl Həsənov da Avropa çempionu olub.