Hacı Əliyev: "Qələbəmi aprel şəhidlərinin ruhuna ithaf edirəm"

"Gördüyünüz kimi, çox çətin səbətə düşmüşdüm. Finala qədər güclü rəqiblərlə qarşılaşdım. Bununla belə, titulumu qoruya bildim".

 

Sportal.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan idmançımız Hacı Əliyev (65 kq) deyib.

 

28 yaşlı güləşçi yarışın ağır keçdiyini bildirib: "Qələbəmi aprel şəhidlərinin ruhuna ithaf edirəm. Düzdür, bu, onları geri qaytarmayacaq. Ancaq ümid edirəm ki, bununla az da olsa, ruhlarını şad etmiş olaram. Yavaş-yavaş formamın zirvəsinə çatıram. Ancaq dayanmaq olmaz. Daha da artırmaq lazımdır. Çünki bizi çox güclü dünya çempionatı gözləyir. Ona çox yaxşı hazırlaşmalıyıq".

 

Qeyd edək ki, Hacı Əliyev 1/8 final mərhələsində Ermənistan güləşçisi Vazgen Tevanyanı məğlubiyyətə uğradıb.

Tarix: 9 Aprel [21:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyul 2019
17  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio