Halldorssonun yeni klubu rəsmən bəlli oldu

10:02 - 10 Aprel 2019

“Qarabağ”la yollarını ayıran İslandiya millisinin qapıçısı Hannes Halldorssonun karyerasını ölkəsində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı qolkiper “Valyur" klubu ilə 3 illik müqavilə bağlayıb. Reykyavik təmsilçisinin rəsmi saytı təcrübəli qolkiperin klubun aşağı yaş qrupları üzrə komandalarında qapıçılarla işləyən məşqçi kimi də fəaliyyət göstərəcəyini açıqlayıb.

 

Qeyd edək ki, Halldorsson "Qarabağ"a mövsümün əvvəlində Danimarkanın "Randers" klubundan transfer olunmuşdu

Xəbər xətti