"Ayaks" "Yuventus"la heç-heçə etdi, "Mançester Yunayted" "Barselona"ya uduzdu

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

 

Sportal.az xəbər verir ki, "Ayaks" evdə "Yuventus"la qarşılaşıb. Oyun 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

"Barselona" isə "Mançester Yunayted"in qonağı olub və 1:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-17-si keçiriləcək.

 

Çempionlar Liqası, 1/4 final mərhələsinin ilk oyunları

 

"Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya) - 1:1

Qollar: David Neres, 46 - Kriştiano Ronaldo, 45

 

"Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya)

Qollar: Lyuk Şou, 12 (avtoqol)

Tarix: 11 Aprel [00:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyul 2019
17  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio