Montella yenidən "Fiorentina"da

16:16 - 10 Aprel 2019

Stefano Pioli ilə yollarını ayıran "Fiorentina"nın yeni baş məşqçisi Vinçenso Montella olacaq.

 

Sportal.az xəbər verir ki, Florensiya klubu sabiq çalışdırıcısı ilə razılıq əldə edib. Montella ilə 2020-ci ilin yayına qədər müqavilə imzalanacaq.

 

İtaliyalı mütəxəssis daha əvvəl 2012-2015-ci illərdə "bənövşəyilər"ə rəhbərlik edib. O, son olaraq İspaniyanın "Sevilya" klubunu çalışdırıb.

Xəbər xətti