"Mançester Yunayted" MLS-dən futbolçu alır

17:53 - 10 Aprel 2019

MLS-də çıxış edən “Di Si Yunayted”in hücumçusu Lusiano Akosta karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Akostanı izləmək üçün “Mançester Yunayted”in skautları da ABŞ-da olublar.

 

24 yaşlı argentinalı hücumçu MY-nin sabiq futbolçusu Ueyn Runi ilə uğurlu tandem təşkil etdikdən sonra Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb.

 

O, ötən mövsüm MLS-də 11 qol vurub, 15 qol ötürməsi edib. MY-nin sakutları Akostanı “Los-Anceles”lə oyunda izləyiblər.

Xəbər xətti