"Azərbaycanda hər birimizə 25 min dollar mükafat vəd etmişdilər"

20:33 - 10 Aprel 2019

Futzal üzrə Azərbaycan millisinin sabiq oyunçusu Paulo Rikardo Kaka Qazaxıstan mətbuatına açıqlama verib.

 

Sportal.az "vesti.kz" saytına istinadən xəbər verir ki, "Kayrat" klubunun baş məşqçisi futzalçı kimi Azərbaycan millisində çıxış etdiyi dövrü yada salıb. 42 yaşlı mütəxəssis bildirib ki, oyunçu karyerası ərzində ən böyük mükafat vədini ona məhz yığmamızda veriblər: 

 

"Azərbaycan millisində oynadığım zaman ən böyük mükafat söz verilər. Əgər biz dünya çempionatına vəsiqə üçün Rusiyanı mübarizədən kənarlaşdırsaydıq, hər kəsə 25 min dollar verəcəkdilər. Amma biz onları uda bilmədik".

Xəbər xətti