Daha bir güləşçimiz Avropa çempionu oldu

22:16 - 10 Aprel 2019

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında kişi idmançıların mübarizəsi davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün 4 güləşçimiz döşək üzərinə çıxıb. Ötən gün bütün rəqiblərini üstələyərək finala vəsiqə qazanan olimpiya və dünya çempionumuz Şərif Şərifov (92 kq) həlledici görüşdə polşalı Zbiqniyev Baranovski ilə qarşılaşıb. Bu görüşdə qalib gələn (9:1) Şərifov karyerasında ilk dəfə Avropa çempionu olub.

 

Digər azərbaycanlı sərbəst güləşçilər Hacımurad Hacıyev (74 kq) və Murad Süleymanov (86 kq) bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər. Əsgər Məmmədəliyev (61 kq) və Seyid Məhəmmədrza Azərşakib (125 kq) isə elə ilk görüşdə məğlub olublar və mübarizəni dayandırıblar.

 

Qeyd edək ki, bundan əvvəl Hacı Əliyev (65 kq) və Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medala sahib olub.

Xəbər xətti