Çempionlar Liqası: həftənin ən yaxşısı kim olacaq?

11:22 - 11 Aprel 2019

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, həftənin ən yaxşısı adına “Liverpul”dan Roberto Firmino, “Ayaks”dan Frenki de Yonq, “Tottenhem”dən Son Hın Min və “Barselona”dan Jerar Pike namizəd göstərilib.

 

Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Xəbər xətti