Ueydlə Novitski göz yaşları içində vidalaşdı

12:12 - 11 Aprel 2019

Amerika Basketbol Liqasında (NBA) mübarizə aparan "Dallas"ın oyunçusu Dirk Novitski və "Mayami"də çıxış edən Dueyn Ueyd karyeralarını başa vurublar.

 

Sportal.az xəbər verir ki, Novtiski liqada "Foniks Sans"la oyundan sonra mövsümün sonunda karyerasını başa vurduğunu bəyn edib. Tək ayaqla geri çəkilərək etdiyi qarşısıalınmaz atışlarla adından söz etdirən 40 yaşlı basketbolçu "Dallas" tarixində bütün statistikalarda öndədir.

 

Novitski 2010/11 mövsümündə karyerasının yeganə NBA çempionluğunu yaşayıb.

 

NBA-da 21-ci mövsümünü keçirən alman oyunçu bu göstəricidə Vins Karter, Robert Pariş, Kevin Qarnett və Kevin Uillisə çataraq, tarixə keçdi. Bundan əlavə, Novitski 20 mövsüm "Los-Anceles Leykers"də çıxış edən Kobe Brayntı keçərək, NBA-da bir komandada uzun müddət oynayan yeganə idmançı oldu.

 

"Foniks Sans"la ev matçında azarkeşlərlə vidalaşan Novitski göz yaşlarını saxlaya bilməyib.

 

 

"Mayami Hit"in basletbolçusu Dueyn Ueyd 2006, 2012 və 2013-cü illərdə NBA-da çempionluq sevinci yaşayıb. 37 yaşlı idmançı 2006-cı ildə finalların ən dəyərlisi seçilib.

 

13 dəfə "all-star"a seçilən Ueyd 2008-ci ildə ABŞ yığmasıyla Pekin Yay Olimpiya Oyunlarının qalibi olub.

 

Ueyd "Mayami"də ən çox forma geyən, xal toplayan, assist edən və top oğurlayan ünvanına sahibdir.

 

Ueyd vida matçında gözyaşlarına hakim ola bilməyib.

 

Xəbər xətti