Məşhur agent Poqbanın transferi üçün "Real"la danışıqlara başladı

17:53 - 11 Aprel 2019

Adı İspaniyanın "Real" klubu ilə hallanan "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın gələcəyi sual altındadır.

 

Sportal.az "Le10sport"a istinadən xəbər verir ki, fransız futbolçunun agenti Mino Rayola transfer üçün Madrid klubu ilə danışıqlara başlayıb. Ancaq məşhur agentin Poqbanın transferi üçün tələbləri "Real"ı geri addım atmağa məcbur edir. Rayola 26 yaşlı futbolçunun keçidi üçün 18 milyon avro xidmət haqqı istəyir. Bundan əlavə, italiyalı agent Poqbanın "kral klubu"nda ən çox maaş alan 3 futbolçudan birinin olmasını şərt qoyur.

 

"Real"ın Poqbayla bağlı qərarı tezliklə bəlli olacaq.

 

Qeyd edək ki, "Mançester Yunayted" Poqbanı 2016-cı ildə "Yuventus"dan 105 milyon avroya transfer edib.

Xəbər xətti