"Qarabağ" rəhbərliyi görüşə toplaşdı

00:11 - 12 Aprel 2019

"Qarabağ"ın prezidenti Abdulbari Gözəl klubu ziyarət edib. 

 

Sportal.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub rəhbəri ilə yanaşı vitse-prezident Tahir Gözəl də komandaya baş çəkib. 

 

Abdulbari Gözəl baş məşqçi Qurban Qurbanovla görüşüb. Çempionat və kubokda son durum və gələcək planlar müzakirə olunub. Görüşün sonunda A.Gözəl komandaya inandığını bildirib və hər 2 turnirdə uğurlar arzulayıb.

Xəbər xətti