Joze Alesio: "Oyundan razı qaldım"

Futzal üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Latviyanı 3:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra yığmanın çalışdırıcısı Joze Alesio Da Silva qarşılaşma barədə fikirlərini affa.az-a bölüşüb:

 

“İki fərqli hissə keçirdik. Fasiləyə qədər daha yaxşı oynadıq. Həm fiziki, həm də düşüncə baxımından rəqibi üstələdik. Meydanda müxtəlif tapşırıqları icra etməklə oyuna nəzarəti özümüzdə saxladıq. Düzdü, hesabı Latviya millisi açdı. Həmin epizodda müdafiədə sadə səhvə yol verdik və onlar qol vurdu. Ancaq rəqibin xeyrinə hansısa təhlükəli hücumdan, düşünülmüş kombinasiyadan danışmaq mümkün deyil. Əksinə, bizim qol vurmaq üçün epizodlarımız oldu. Ən əsası, fasiləyə qədər intizamlı çıxış etdik. İkinci hissədə müəyyən qədər qopmalar oldu. Üstünlüyü rəqibə verdik".

 

Braziliyalı mütəxəssis yığmanın oyunundan razı qaldığını deyib: "Onlar doğma meydan amilindən də istifadə etməyə çalışdılar. Komandamda isə yorğunluq oldu. Bunu yol qət etməyimizlə, heyətə cəlb edilən bir neçə oyunçunun xeyli vaxtı nəzarətim altında oynamaması ilə və daha çox futzalçıya şans verməklə bağlayıram. Çatışmazlıqlara baxmayaraq, əks-hücumlarda qollar vurmaqla qələbə qazanmağı bacardıq. Ümumi götürdükdə, oyundan razı qaldım. Səhv etməymizə və ikinci hissədə nisbətən zəif çıxışımıza millinin xeyli vaxtdı bir yerə toplaşmaması, oyun keçirməməsi təsirsiz ötüşmədi”.

 

Tarix: 12 Aprel [00:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyul 2019
17  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio