"Fənərbaxça" Kosovo millisinin üzvüylə anlaşdı

12:50 - 12 Aprel 2019

Uğursu mövsüm keçirən Türkiyənin "Fənərbaxça" klubu yay transfer planlarını qurur.

 

Sportal.az "sporx"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Çaykur Rizəspor"un hücumçusu Vedat Muriki ilə anlaşıb. "Sarı-lacıvərdlilər" hazırda futbolçunun klubu ilə danışıqlar aparır. Transferin digər detallarında problem olmasa, Kosovo yığmasının futbolçusu üçün 3 milyon avro ödəniləcək.

 

Qeyd edək ki, 24 yaşlı futbolçu cari mövsüm Super Liqada 12 qol vurub, 7 assist edib.

Xəbər xətti