Feliş həftənin ən yaxşısı seçildi

18:11 - 12 Aprel 2019

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

 

Sportal.az xəbər verir ki, UEFA-nın saytında keçirilən səsverməyə əsasən, "Benfika"nın yarımmüdafiəçisi Joau Feliş ən yaxşı seçilib. 19 yaşlı futbolçu səsvermədə Aaron Remzi (“Arsenal”), Villian (“Çelsi”) və Qonsalu Qediş (“Valensiya”) qabaqlayıb.

 

Qeyd edək ki, Feliş "Benfika" - "Ayntraxt" matçında (4:2) het-trik edib. Portuqaliyalı futbolçu Avropa Liqasında het-trik edən ən gənc oyunçu olub.

Xəbər xətti