"Ayaks"ın gənc futbolçusu "Everton"la "Arsenal"ın hədəfində

Hollandiyanın "Ayaks" klubunda cari mövsüm parlaq oyun nümayiş etdirən David Neres böyük klubların hədəfindədir.

 

Sportal.az "Daily Telegrraph"a istinadən xəbər verir ki, İngiltərənin "Arsenal" və "Everton" klubları Braziliya millisinin üzvyülə maraqlanır. Xəbərdə "Ayaks"ın 22 yaşlı hücumçu üçün ən azı 40 milyon avro tələb etdiyi vurğulanıb.

 

Qeyd edək ki, braziliyalı futbolçunun Amsterdam təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Neres cari mövsüm 44 oyuna 12 qol vurub, 15 assist edib.

Tarix: 12 Aprel [18:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyul 2019
17  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio