"Keşlə" və "Qəbələ"nin 49-cu dueli

Bu həftə Topaz Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək. 

 

Sportal.az xəbər verir ki, “Qəbələ” səfərdə “Keşlə” ilə görüşəcək. Aprelin 14-də oynanılacaq matç “ASK Arena” stadionunda olacaq. Bu görüş iki komanda arasında 49-cu qarşılaşma olacaq.

 

İndiyədək “Qəbələ” və “Keşlə” ümumilikdə 48 görüşdə üz-üzə gəlib. “Qırmızı-qaralar” 15, Bakı klubu 16 qələbə qazanıbsa, 17 oyunda heç-heçə qeydə alınıb. Top fərqində paytaxt təmsilçisi üstündür – 60:50. Bu qarşılaşmalarda 5 qol vuran Daniel Subotiç “Qəbələ”nin ən məhsuldar oyunçusudur.

 

Oynanlan 48 matçdan 5-i kubok, 43-ü çempionat çərçivəsində keçirilib. Bu görüşlərdə 12 qələbəsi olan komanda 17 dəfə bir xalla kifayətlənib. 14 qarşılaşmada isə “Keşlə” üç xala sevinib. Premyer Liqada 43 qol vuran komanda 53 top buraxıb.

Tarix: 13 Aprel [00:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyul 2019
17  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio