Rusiyalı məşqçi: "Krılya Sovetov" Ramil Şeydayevin səviyyəsində olan komanda deyil"

12:21 - 13 Aprel 2019

"Zenit" Futbol Akademiyasının sabiq məşqçisi Aleksandr Selenkov "Krılya Sovetov"da çıxış edən Azərbaycan millisinin oyunçusu Ramil Şeydayev haqqında danışıb.

 

Sportal.az xəbər verir ki, mütəxəssis 22 yaşlı hücumçu barədə xoş sözlər deyib.

 

"Ramil akademiyada olarkən az qala hər oyun qol vururdu. Elə həmin vaxtda da onun yüksək səviyyəli futbolçu olacağı görünürdü. Azərbaycan vətəndaşlığını almasına və Rusiya millisində oynamadığı üçün təəssüflənirəm. Şeydayevin özünü daha çox göstərəcəyinə əminəm. "Krılya Sovetov" onun səviyyəsində komanda deyil".

 

Qeyd edək ki, Ramil Şeydayev "Zenit" Futbol Akademiyasının yetirməsidir.

Xəbər xətti