Latviya - Azərbaycan matçında 4 qol VİDEO

17:50 - 13 Aprel 2019

Futzal üzrə Azərbaycan milli komandası Latviya yığması ilə növbəti yoldaşlıq oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib – 2:2. Millimizin hər iki qolunu Sezar Conatan vurub.

 

Bu komandalar arasında aprelin 11-də keçirilmiş ilk oyunda Azərbaycan 3:1 hesabı ilə qələbə qazanmışdı.

 

Latviya – Azərbaycan 2:2
Qollar:
R. Raşçevski, 30:51, M. Sens, 39:49 – S. Conatan, 29:05, 38:06.

 

Xəbər xətti