"Zirə"nin hücumçusu narazılıq etdi: "5 qol vurmuşam, 4 qeyd ediblər" MÜSAHİBƏ

"Zirə"nin paraqvaylı hücumçusu Xulio Sezar Rodriqes Premyer Liqanın 24-cü turunda evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müshaibə verib.

 

Sportal.az xəbər verir ki, komandasının ilk qolunu vuran 28 yaşlı futbolçu qələbə üçün məmnun olduqlarını deyib: 

 

- "Neftçi" ilə oyun bu matça daha çox köklənməyimizə səbəb oldu. Bu gün qələbə üçün məmnunuq.

 

- Qış fasiləsində "Zirə"yə gəlmisiniz və 4 qol vurmusunuz. Uğurlu çıxışınız barədə nə deyə bilərsiniz?

- Bir hücumçu üçün qol vurmaq önəmlidir. İşimiz qol vurmaqdır. 5 qola imza atmışam, ancaq rəsmi şəkildə 4 göstərilir. Çox istərdim ki, bunda dəyişiklik edilsin. Qolları vururamsa, bu, təkcə mənim əməyim deyil. Məndən arxada oynayanfutbolçular iş görür. Biz bir kolektivik. 

 

- Qış fasiləsindən sonra "Zirə" son pillədən xilas oldu. Yeni transferlərin və sizin qollarınızla "Zirə" bir qədər autsayderlərdən uzaqlaşdı. Sizcə, mövsümün əvvəlindən "Zirə"də çıxış etsəydiniz, daha fərqli ola bilərdi?

- Düşünmürəm ki, bu, tək bizim əməyimizdir. Bizdən öncəki futbolçular da xallar qazanmışdı. Sadəcə, biz verilən tapşırıqları daha düzgün yerinə yetirməyə çalışırıq. Hər ötən gün komandamızda inkişaf var.

 

 

- Bu komanda ölkə kubokunun yarımfinalında rəqibinizdir. Qələbə ilə psixoloji üstünlük qazandığınızı demək olar?

- Oyuna çıxmazdan missiyamız var idi. Matçın əhəmiyyətini yaxşı dərk edirdik. "Sumqayıt"la oyunda qələbə bizə daha çox inam verdi. Növbəti oyunlarda daha inamlı çıxış edəcəyik. Final oynamaq karyeramda xüsusi hal kimi reallaşacaq. Burada birinci mövsümüdə finalda çıxış etmək təqdirəlayiq olar. Düşünürəm ki, finala biz çıxacağıq.

Tarix: 13 Aprel [20:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2019
20  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio