Rüfət Dadaşovun qolu "Proyssen"ə qələbə qazandırdı

Almaniyanın III Bundesliqasında 33-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə "Münhen 1860" klubuna 1:0 hesabı ilə qalib gəlib.

 

Dadaşov oyuna start heyətdə başlayıb və sonadək oynayıb. "Proyssen"in qələbə qolunu 30-cu dəqiqədə Rüfət vurub. Milli üzvü 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

 

Münster təmsilçisi 45 xalla turnir cədvəlində 6-cıdır.

 

Qeyd edək ki, Rüfət Dadaşov cari mövsüm çempionatda 8 qol vurub.

Tarix: 13 Aprel [21:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Aprel 2019
25  Aprel 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio