"Yuventus" məğlub oldu VİDEO

00:28 - 14 Aprel 2019

İtaliya A seriyasında 32-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, lider "Yuventus" səfərdə SPAL-a 1:2 hesabı ilə uduzub. Bu məğlubiyyətlə Turin klubu vaxtından əvvəl çempionluğu təmin edə bilməyib.

 

A Seriyasında turnir cədvəlinə 84 xalla "Yuventus" başçılıq edir. "Napoli" 64 xalla 2-ci, "İnter" 57 xalla 3-cü, "Milan" 55 xalla 4-cü, "Roma" 54 xalla 5-ci, "Atalanta" 52 xalla 6-cıdır. 35 xalı olan SPAL 13-cü sırada qərarlaşıb.

 

SPAL - "Yuventus" - 2:1
Qollar
: Kevin Bonifaçi, 49, Serxio Flokkari, 74 - Moyze Kin, 30

 

Xəbər xətti