Paşayevli "Aleksandriya"dan qələbə

12:17 - 14 Aprel 2019

Ukrayna Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” səfərdə “Lvov”u 2:1 hesabı ilə məğlub edib.

 

Zədəsini sağalndan Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

“Aleksandriya” ilk altılıqda 44 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti