Roberto Bordin: "Sona qədər çempionluq uğrunda mübarizə aparacağıq"

21:01 - 14 Aprel 2019

Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Səbail"lə 2:2 hesablı heç-heçə edən "Neftçi"nin baş məşqçisi Roberto Bordin oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis nəticəni gözlənilməz hesab edib: "Nəticə gözlənilməz oldu. İlk hissədə üstün tərəf olmağa çalışdıq. Hesabda öndə olanda 2-ci qolu vurmağa çalışırdıq. Sona qədər mübarizə apardıq".

 

54 yaşlı mütəxəssis cəza səbəbindən oynamayan Emin Mahmudovun yoxluğu barədə bunları deyib: "Eminin yoxluğu hiss edilirdi. O, komandanın lideri və simvoludur. Mahmudov mövqeyində ölkənin ən yaxşılarından biridir".

 

Bordin çempionluq uğrunda sona qədər mübarizə aparacaqlarını sözlərinə əlavə edib: "Uzun illərdir ki, futbolun içindəyəm. Baş məşqçi və köməkçi olmuşam, kifayət qədər də təcrübəm var. Biz Premyer Liqada 2-ci yeri tutmaq üçün oynamırıq. Titula layiq olan komandam var. Qorxaq futbol nümayiş etdirmirik. Sona qədər çempionluq uğrunda mübarizə aparacağıq".

Xəbər xətti