PSJ darmadağın oldu, çempionluğu təxirə düşdü VİDEO

01:36 - 15 Aprel 2019

Fransa I Liqasında 32-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, lider PSJ səfərdə "Lill"ə 1:5 hesabı ilə uduzub.

 

Paris klubu çempionluğu rəsmiləşdirmək üçün bu oyunda 1 xal qazanmalı idi.

 

Liqa 1-də turnir cədvəlinə 81 xalla PSJ başçılıq edir. "Lill" 64 xalla 2-ci, "Lion" 56 xalla 3-cü, "Sent-Etyen" 53 xalla 4-cü, "Marsel" 51 xalla 5-cidir.

 

"Lill" - PSJ - 5:1

Qollar: Tomas Münye, 5 (avtoqol), Nikolas Pepe, 51, Conatan Bamba, 65, Qabriel Maqalyains, 71, Joze Fonte, 84 - Xuan Bernat, 11

Qırmızı vərəqə: Xuan Bernat, 36 (PSJ)

 

 

 

Xəbər xətti