İsrafilov məhsuldar ötürmə ilə yadda qaldı

10:22 - 15 Aprel 2019

İspaniya Sequndasında 34-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilovun formasını geyindiyi “Alkorkon” səfərdə “Saraqosa”ya 2:0 hesabı ilə qalib gəlib.

 

90 dəqiqə meydanda olan Eddi komandasının ilk qolun məhsuldar ötürməsini edib. İsrafilov 36-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

 

Qeyd edək ki, 34 oyundan sonra 47 xalı olan “Alkorkon” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 

Xəbər xətti