Zinəddin Zidan: "Mövsümün sonunda "Real" ayrılacaq çox futbolçu ola bilər"

İspaniyanın "Real" klubunun baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis mövsümün sonunda bir çox futbolçunun klubdan ayrılacağını deyib: "Futbolçularımızı bir çox klubun istədiyi doğrudur. Çünki hamısı yaxşı futbolçulardır. Mövsümün sonunda komandadan ayrılacaq çox futbolçu ola bilər".

 

Fransalı mütəxəssis Madrid təmsilçisindən ayrılacağı iddia edilən Kərim Benzemanın klubda qalacağını bildirib: "Kərim fərqli futbolçudur. Sırf "9 nömrə" deyil. Hücumun mərkəzi ilə yanaşı, arxada və cinahlarda da oynayır. Çox şey bacardığını bilir. Hücumçu kimi qol vurur və digər mövqeylərlə əlaqə qurur. Komandamıza gələcək ən yaxşı futbolçularla birgə oynaya bilər".

 

Zidan Toni Kroosun da ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Kross çox yaxşı futbolçudur. Beş ildə "Real"da yaxşı işlər gördü. Sakit oyunçudur və təzyiq altında özünü itirmir. Hər zaman onun futbolunu bəyənmişəm. İstəməsəm də, siz Toni və digər futbolçular barədə danışacaqsınız. Ancaq hamısı vacib və yaxşı futbolçulardır".

 

Mütəxəssis mövsümün əvvəlində "Yuventus"a keçən Kriştiano Ronaldonun gedişi barədə bunları deyib: "İstədiyiniz hər şeyi edərsiniz, ancaq Kriştianonun yerini doldura bilmərsiniz. O gedib. Gətirəcəyinifutbolçular Ronaldonun bacardıqlarını təkrarlaya bilməz. Həyat belədir və davam edir".

 

Tarix: 15 Aprel [12:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Aprel 2019
25  Aprel 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio