“Sabah” Madridə gedəcək heyəti açıqladı

“Sabah” Futbol Klubunun üzvlərinin bu il 7-ci dəfə təşkil olunacaq “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsində iştirak edəcək.

 

Sportal.az xəbər verir ki, artıq klubun layihədə kimlərlə təmsil olunacağı bəlli olub. 

 

“Sabah” FK Madriddə baş tutacaq yarışda U-12 komandasının futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunacaq.

 

Bundan əlavə, ölkəmizdən bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılacaq.

 

“Dostluq üçün futbol” layihəsinin Azərbaycan qrupunun rəhbəri Rüstəm Əzimovdu.

Tarix: 15 Aprel [17:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyul 2019
17  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio