Manuel Noyer zədələndi

17:49 - 15 Aprel 2019

Almaniya Bundesliqasının lideri "Bavariya" ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin qolkiperi Manuel Noyer zədələnib. Bundesliqanın 29-cu turunda "Fortuna" ilə səfərdə keçirilən görüşdə ayağından zədələnən qapıçı 2 həftəlik sıradan çıxıb.

 

33 yaşlı əlcək sahibi "Verder" və "Nürnberq"lə oyunlarda iştirak etməyəcək.

Xəbər xətti