"Roma"nın müdafiəçisi "Mançester Yunayted"in hədəfində

18:14 - 15 Aprel 2019

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ole Qunnar Sulşer yeni mövsüm müdafiə xəttini dəyişdirməyi düşünür.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Real"dan Rafael Varanla "Napoli"dən Kalidu Kulibalidir. Mançester təmsilçisi İtaliyanın "Roma" klubunda çıxış edən Kostas Manolasla da maraqlanmağa başlayıb. 36 milyon avroluq sərbəst qalma qiyməti olan yunan futbolçu üçün rəsmi təklif ünvanlanacaq.

 

Qeyd edək ki, Manolasın "Roma" ilə 2020-ci ilə qədər müqaviləsi var.

Xəbər xətti