Kuarejma "Beşiktaş"dan ayrılır, Portuqaliyaya qayıdır

18:28 - 15 Aprel 2019

Türkiyənin "Beşiktaş" klubunun yarımmüdafiəçisi Rikardu Kuarejma mövsümün sonunda klubdan ayrılacaq.

 

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu sabiq klubu "Portu" ilə anlaşıb. Təcrübəli oyunçu Portuqaliya klubunda 1 il çıxış edəcək. Məlumata görə, Kuarejma "Portu"da 1 mövsüm oynadıqdan sonra futbolçu karyerasını başa vuracaq.

 

Qeyd edək ki, Kuarejma 2015-ci ildə "Portu"dan "Beşiktaş"a keçmişdi. 

Xəbər xətti