"Lion"dan ayrılacağını açıqladı

Fransanın "Lion" klubunun baş məşqçisi Bruno Genesio mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssis özünə və futbolçularına qarşı neqativ baxışın olduğunu bildirib: "Bir müddətdir ki, mənə və futbolçularıma neqativ baxış var. Klubun yaxşılığı üçün bu qərara gəldim ki, növbəti mövsüm baş məşqçi mən olmayım".

 

"Lion"un yeni baş məşqçisnin "River Pleyt"lə Libertadores Kubokunu qazanmış Marselo Qallardonun olacağı gözlənilir.

 

Qeyd edək ki, fransız mütəxəssis 2015-ci ildən "Lion"u çalışdırır.

Tarix: 15 Aprel [18:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyul 2019
17  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio