Joze Alesio: “Oyun intizamına riayət etdik”

00:22 - 16 Aprel 2019

Futzal üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Serbiya yığmasına 2:1 hesabı ilə qalib gəlib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva affa.az saytına matçla bağlı açıqlama verib:
 
“Maraqlı oyun alındı. Rəqibimiz kifayət qədər güclü komanda olsa da, oyunçularım özlərini yaxşı tərəfdən göstərdilər. Məni ən çox sevindirən məqam oyun intizamına riayət etməkdir ki, bu qarşılaşmada bunu bacardıq. Təbii ki, bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Ancaq hər bir oyunun öz xarakteristikası, tapşırığı var. Bu komanda ilə daha bir oyunumuz var. Əvvəlki səhvlərimizi təkrarlamamağa çalışacağıq. Meydana çıxmısansa, sona qədər mübarizə aparmalısan”.

 

Xəbər xətti