"Ayaks" "Yuventus"a şok yaşatdı, "Barselona"dan darmadağın

Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, keçirilən iki görüşlə ilk yarımfinalçılar bəlli olub.

 

"Barselona" səfərdə 1:0 hesabı ilə qalib gəldiyi "Mançester Yunayted"i qəbul edib. 3:0 hesabı ilə qələbə qazanan katalonlar yarımfinala yüksəlib. "Barselona" yarımfinalda "Portu" - "Liverpul" cütünün qalibiylə oynayacaq.

 

Digər matçda isə "Yuventus" ilk görüşdə 1:1 hesablı heç-heçə "Ayaks"ı qəbul edib. Qonaqlar 2:1 hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib. "Ayaks" yarımfinalda "Mançester Siti" - "Tottenhem" cütünün qalibiylə oynayacaq.

 

16 aprel

Çempionlar Liqası

1/4 finalın cavab oyunları

 

"Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 3:0

Qollar: Lionel Messi, 16, 20, Filippe Koutinyo, 61

İlk oyun - 1:0

 

"Yuventus" (İtaliya) - "Ayaks" (Hollandiya) - 1:2

Qollar: Kriştiano Ronaldo, 28 - Donni van de Beek, 34, Matteis de Liqt, 67

İlk oyun - 1:1

Tarix: 17 Aprel [00:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Aprel 2019
25  Aprel 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio