"Real" "Mançester Yunayted"dən Beylin qarşılığında Poqbanı istəyir

12:22 - 16 Aprel 2019

İspaniyanın "Real" klubu İngiltərə təmsilçiləri - "Mançester Yunayted"lə "Tottenhem"İn yaxından maraqlandığı Qaret Beyllə bağlı yeni qərar verib.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu uelsi futbolçu üçün azı 130 milyon avro tələb edir. "Kral klubu" Beyli "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbayla da dəyişdirməyə müsbət yanaşır. Lakin "qırmızı şeytanlar"ın buna necə yanaşacağı məlum deyil.

 

Qeyd edək ki, 29 yaşlı cinah futbolçusu bu mövsüm 39 oyuna 14 qol vurub, 5 assist edib. Poqba isə 41 oyuna 16 qol və 11 assistlə yadda qalıb.

Xəbər xətti