"Qarabağ"ın futbolçusu: "Həyat yoldaşım məni hədələyir" FOTOLAR

14:10 - 16 Aprel 2019

“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak eweszlo.pl saytına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu həyat yoldaşı Edita-Zayaçın “Playstation” oynamasından narazı qaldığını deyib: “Evdə “Playstation” var. Tez-tez futbol oynayıram. Silahlı oyunlardan xoşum gəlmir. İşim olan idman növü daha çox maraq yaradır.Yalnız FİFA oynayıram. Həyat yoldaşım bu vəziyyətə tez-tez əsəbiləşir. O, məni “Playstation”u evdən atmaqla hədələyir. Çünki saatlarla futbol oynamaqdan doymuram. "Youtube"da videolara çox baxıram. Bu öyrəşdiyim bir şeydir”.

 

Qeyd edək ki, Jezniçakın "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatır.

 

Xəbər xətti