Rüfət Dadaşov: "Bu tilsimi tezliklə qırmağa çalışacam"

14:21 - 16 Aprel 2019

Azərbaycan millisinin və Almaniya II Bundesliqa təmsilçisi "Proyssen"nin hücumçusu Rüfət Dadaşov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, çempionatın 33-cü turunda evdə "Münhen 1860"ı 1:0 hesabı ilə məğlub etdikləri oyunda komandasının qələbə qolunu vuran 27 yaşlı futbbolçu matçlarda da qələbə qazanmağa çalışacaqlarını bildirib: "Bu, həqiqətən çox yaxşı nəticə oldu. 3 xal bizim üçün olduqca vacib idi. Biz hələ bilmirik, topladığımız 45 xal çempionatda qalmaq üçün bizə bəs edəcək, ya yox. Bu, digər komandalardan da asılıdır. Amma biz daha çox öz oyunumuza baxırıq və hər bir görüşdə qələbə haqda düşünürük. Uzun müddət idi qol vura bilmirdim. Cari mövsüm 8 qoldan yalnız birini öz meydanımızda vurmuşam. Ancaq evdə də azarkeşlərimizi qollarla coşdurmaq istəyirəm. Bu tilsimi tezliklə qırmağa çalışacağam".

 

Qeyd edək ki, Dadaşov cari mövsüm 8 qol vurub.

Xəbər xətti