"Qarabağ"da iki ciddi itki

16:33 - 16 Aprel 2019

Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qarabağ" "Keşlə"ni qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun heyətində iki futbolçu cəzalı olduğuna görə paytaxt klubuna qarşı oynamayacaq. Ötən tur "Sabah"la görüşdə Fllip Ozobiçlə Donald Gerye sarı vərəqə limitini doldurub. Bu səbəbdən də hər iki futbolçu qarşılaşmanın iştirakçısı olmayacaq.

 

"Keşlə"nin heyətində isə 24-cü turda "Qəbələ"yə qarşı matçda sarı vərəqə alaraq cəzalı vəziyyətə düşən Conatan Ayite oynamayacaq.

 

"Qarabağ" - "Keşlə" oyunu aprelin 18-i, saat 19:00-da baş tutacaq.

Xəbər xətti