Azərbaycan Premyer Liqası: 25-ci turu buraxacaq 12 cəzalı

16:25 - 17 Aprel 2019

Sabah Azərbaycan Premyer Liqasının XXV turunun oyunlarına sabah start veriləcək.

 

Sportal.az xəbər verir ki, ölkə kubokunun oyunlarına görə həftəiçi reallaşacaq turda cəzalı futbolçuların sayının çoxluğu diqqət çəkir. 12 futbolçu turu kənardan izləmək məcburiyyətindədi.

 

“Keşlə”ni qəbul edəcək “Qarabağ”da Filip Ozobiç və Donald Qerye vərəqə limitini doldurub. Paytaxt klubunda isə Conatan Ayite eyni səbəbdən meydana çıxa bilməyəcək.

 

“Sabah”ın qonağı olacaq “Neftçi”də iki cəzalı var. Bunlardan biri ikinci qapıçı Aqil Məmmədov, digəri isə italiyalı hücumçu Canluka Sansonedi. Elə “Sabah”da da kifayət qədər itki var. Məqsəd İsayev, Vadim Abdullayev və Elgün Nəbiyev cəzalı durumdadı.

 

Sumqayıt səfərinə yollanacaq “Səbail”də “Neftçi”ilə matçda qırmızı vərəqə ilə cəzalandırılan Aleksandr Rıbka və “sarı” limitini dolduran Maudo Jarjue meydana çıxa bilməyəcək. “Sumqayıt”da isə Əli Babayev cəzalıdı.

 

Bu tur cəzalı futbolçusu olmayan yeganə komanda “Qəbələ”di. “Qımızı-qaralar”ın qonağı olacaq “Zirə”də isə ehtiyat qapıçı Orxan Sadıqlı cəzalı durumdadı.

Xəbər xətti