"Liverpul"un yeni transfer hədəfi məlum oldu

19:08 - 17 Aprel 2019

İngiltərənin "Liverpul" klubunun transfer hədəfində olan daha bir futbolçu bəlli olub.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "qırmızılar" Almaniyanın "Bayer" klubunda forma geyinən Yulian Brandtı transfer hədəfinə alıb. 22 yaşlı vingerin sərbəst qalma qiyməti 24 milyon avrodur. "Liverpul"un bu məbləöi ödəməyə hazır olduğu vurğulanıb.

 

Qeyd edək ki, Almaniya millsinin üzvü cari mövsüm 38 oyuna 7 qol vurub, 14 assist edib.

Xəbər xətti