Sulşer: "Bu yay çoxlu transferlərimiz olacaq"

19:23 - 17 Aprel 2019

Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona"ya 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer açıqlama verib.

 

Sportal.az xəbər verir ki, norveçli çalışdırıcı "Barselona"nın səviyyəsinə çatmaq istədiklərini deyib: "Messi inanılmaz futbolçudur. Meydandakı hər futbolçudan fərqlidir. Bu oyunda da səviyyəsini göstərdi. "Barselona"nın səviyyəsinə çatmaq istəiyirik. Ancaq bizim görəcək işlərimiz hələ çoxdur. Bunu bacardıqdan sonra "Barselona" ilə rəqabət apara bilərik".

 

46 yaşlı mütəxəssis yayda transferlər edəcəklərini söyləyib: "Hədəflərimiz üçün komandanı yeniləməliyik. Bu yay çoxlu transferlərimiz olacaq. Artıq fəaliyyətə start verilib".

Xəbər xətti