"Qarabağ" "Keşlə"yə, "Səbail" "Sumqayıt"a qalib gəldi YENİLƏNİB

20:56 - 18 Aprel 2019

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. 

 

"Səbail" səfərdə "Sumqayıt"ın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.

 

Digər görüşdə isə lider "Qarabağ" autsayder "Keşlə"ni evdə 3:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.

 

“Sumqayıt” – “Səbail” - 1:2

Qollar: Peyman Babayi, 13 - Ağabala Ramazanov, 52, Oke Akpoveta, 74

Qırmızı vərəqə: Tome Kitanovski, 58 ("Səbail")

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

“Kapital Bank Arena”, 16:45

 

“Qarabağ” – “Keşlə” - 3:0

Qollar: Simeon Slavçev, 18, Riçard Almeyda, 59 (pen.), Abdullah Zubir, 75

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

Hakim-inspektor: Fazil Mürşüdov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

Xəbər xətti