"Ayaks" müdafiəçi aldı

13:13 - 18 Aprel 2019

Hollandiyanın "Ayaks" klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi "Herenven"nin müdafiəçisi Kik Pierieni transfer edib. 18 yaşlı futbolçunun müqavilə şərtləri açıqlanmayıb.

 

Qeyd edək ki, hollandiyalı futbolçu "Herenven"in yetirməsidir. 

Xəbər xətti