"Keşlə"nin idman direktoru Tərlan Əhmədova dəstək verdi

14:38 - 18 Aprel 2019

«Bu kluba axırıncı yerdə getmək yaraşımr».

 

Sportal.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında «Keşlə»nin idman direktoru Ramiz Məmmədov deyib.

 

Bu gün Premyer Liqada XXV tura start veriləcək. 54 xalla 1-ci pillədə qərarlaşan “Qarabağ”la 19 xalla son sırada yer alan “Keşlə” üz-üzə gələcək.

 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun aşkar favoriti ağdamlılardı. Bununla belə, sabiq «bankirlər» sürpriz etmək və 8-ci pillədən yuxarı qalxmaq niyyətindədi.


Məmmədovu dinləyək: «Klubumuzun Müşahidə Şurasının sədri Zaur Axundov baş məşqçinin arxasındadı.

 

O, ilk gündən Tərlan Əhmədova dəstək verib və bu, indi də davam etməkdədi. Komandayla bağlı bütün səlahiyyətlər Tərlan müəllimdədi və onun işinə heç kim müdaxilə etmir.

 

Əhmədov təcrübəli mütəxəssisdi, işini yaxşı bilir. Klubumuzun rəhbərliyinin ona inamı tamdı və əminik ki, qarşısına qoyulan məqsədə çatacaq.

 

Tərlan müəllim, onunla bərabər çalışan məşqçilər və futbolçular öz məsuliyyətini hiss edir. Bilirsiz, komandaya qışda yeni futbolçular gəlib.

 

Oyun olaraq «Keşlə» yaxşı təsir bağışlayır. Sadəcə, nəticəni gözləmək üçün bir az vaxt lazımdı. İnanırıq ki, o da olacaq.

 

«Keşlə» belə vəziyyətlərdən həmişə üzüağ çıxıb. Bu komanda ötən mövsüm ölkə kubokunu qazandı.

 

Rəhbərliyimizin Tərlan Əhmədovdan da yaxşı nəticə gözləməyə haqqı çatır. Çünki o, bacarağını çoxdan sübut edib».

Xəbər xətti