"Sabah"dan Təmkin Xəlilzadəyə sərt cəza

19:05 - 18 Aprel 2019

"Sabah" klubu futbolçusu Təmkin XƏlilzadəni cəzalandırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı cinah futbolçusu daxili intizam qaydalarını pozduğu üçün mövsümün sonuna qədər komandadan uzaqlaşdırılıb.

 

Xəlilzadə milli komandanın da üzvü olduğu üçün verilmiş qərar barədə işgüzar qaydada AFFA da məlumatlandırılıb.

 

"Sabah" Təmkin Xəlilzadəni qış fasiləsində "Qəbələ"dən transfer edib.

Xəbər xətti