"Neftçi" və "Qəbələ" qalib gəldi YENİLƏNİB

20:25 - 19 Aprel 2019

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son oyunun günündə iki qarşılaşma keçirilib.

 

"Qəbələ" evdə "Zirə"ni qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

 

Günün digər qarşılaşmasında isə “Neftçi” səfərdə “Sabah”la üz-üzə gəlib. Ötən tur “Səbail” qarşısında xal itirən “ağ-qaralar” “Əlincə Arena”da keçirilən oyunda 2:0 hesabı ilə qalib gəlib.

 

“Qəbələ” – “Zirə” - 2:1

Qollar: Davit Volkov, 21, Ceyms Adeniyi, 56 - Sadio Tounkara, 71

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəşad Əhmədov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu, 16:00

 

“Sabah” – “Neftçi” - 0:2

Qollar: Namiq Ələsgərov, 59, 62

Qırmızı vərəqə: Novruz Məmmədov, 55 ("Sabah")

Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi Bayramov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Seymur Səlimli

“Əlincə Arena”, 18:30

Xəbər xətti